11.01.2013 [16:56] - Gündəm, Müsahibə
MHP Qars keçmiş il başaqanı Oqtay Aktaş: “Biz irqi ayrı-seçkilik etmir, heç kəsi dışlamırıq”
“Qars əhalisinin çoxu İrəvandan köçən Azərbaycan türkləridir. Siyasi və iqtisadi cəhətdən vəziyyət burada normaldır. Hər hansı bir gərginlik yoxdur. Dövlətin demək olar ki, bütün qədəmələrində Azərbaycan türkləri vəzifədədir”. Bu fikrilər Milliyyətçi Hərəkat Partyasının Qars bölgəsi üzrə keçmiş il başqanı, Qarsda avtoritetli Azərbaycan türklərindən olan Oqtay Aktaşa məxsusdur.
Qarsda Azərbaycan Kütür Dərnəyinin fəaliyyəti barədə danışan O. Aktaş deyir ki, onlar atadan - babadan gələn mədəniyyəti yaşatmağa çalışırlar: “Xüsusuilə Novruz bayramında Azərbaycan türkləri bu milli şənliyi çox yüksək səviyyədə qeyd edir. Azərbaycan mediayısını yaxından izləyirik. Ürəyimiz can Azərbaycanla döyünür. Biz irqi ayrı seçkilik etmir, heç kəsi dışlamırıq. Bizlər tərəkəməyik. Bizim burada digər millətlərlə də son dərəcə gözəl münasibətlərimiz var. Tarix boyu İrəvanda, Gürcüstanda və İranda Azərbaycan türkləri hər kəslə xoş münasibətdə olub. Qarsda da bu ənənə davam edir. Burada toyalarda belə Azərbaycan mahnıları çalınır”.
Qarsda Azərbaycan Konsulluğunun fəaliyyətinə də toxunan O.Aktaş deyir ki, konsulluq burada yaşayan Azərbaycan türklərinə hər zaman sahib çıxıb: “Onlar ümumxalq hüzn günlərində, bayramlarda kütləvi tədbirlər keçirir, azərbaycanlı qardaşlarımızı bir araya gətirilər. Burada onların xalqla yaxşı münasibətləri var. Keçmiş konsul Həsən bəyin fəaliyyəti olduqca yaxşı idi. İndiki Konsulla da bizim münasibətimiz yaxşıdır. Biz Türkiyə vətəndaşıyıq, Azərbaycan türküyük. Konsulluq bizə əlindən gələn bütün yardımı etməyə çalışır. Qurban bayramında, Novruz bayramında konsulluq kasıb azəri türklərinə müxtəlif formada yadımlar edir. Qarsda Azərbaycan bayrağının dalğalanması ilə fəxr edirik. Biz Azərbaycanla nəfəs alırıq”.
Oqtay Aktaş deyir ki, Qarsdakı erməni “İnsanlıq Abidəsini” sökdürən o olub: “Məhkəmə yolu ilə həmin abidəni sökdürmüşəm. Məhkəmə bununla bağlı dörd dəfə qərar verib. Bizim buradakı Azərbaycan mücadələmiz davam edir”.
Qeyd edək ki, MHP-nin hazırkı il başqanı bu mövzularda bir qədər fərqli fikirdədir.
Fərahim İLQAROĞLU
Türkiyə-Qars

Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |