Şrift:
Həkimlər Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin səhhətində problem görmürlər
09.05.2022 [09:53] - Xəbərlər, Sağlıq
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Ciddədəki Kral Faysal Hospitalında kolonoskopiya müayinəsindən keçib və onun səhhəti yaxşıdır.

Bu barədə rəsmi SPA agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, həkimlər onun bir neçə gün hospitalda qalmasını məsləhət görüblər. Həkimlər kralın yoğun bağırsağının müayinəsi zamanı ciddi fəsadlar olmadığını aşkar ediblər.

Səudiyyə Ərəbistanının 86 yaşlı kralı hospitala bu gün səhər saatlarında yerləşdirilib. O bundan əvvəl öd kisəsindən əməliyyat olunub.
Bu xəbər oxucular tərəfindən 5009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed