Şrift:
Sumqayıtda Ümummilli Liderin 99-cu ildönümü qeyd olunub
11.05.2022 [10:01] - Gündəm, Sosial
Sumqayıt şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub.

Mayın 10-da Milli Məclisin deputatı Tahir Mirkişili, Sumqayıt Şəhər İcra Hakimiyyəti, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbir iştirakçıları Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Vurğulanıb ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli Lider ölkəmizə rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib və hər səfəri şəhərin tarixində mühüm hadisələrlə yadda qalıb. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçib.

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub və Sumqayıt Cənubi Qafqazın ikinci sənaye mərkəzinə çevrilib.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed