Şrift:
Böyük Britaniyada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
11.05.2022 [10:05] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirliyində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub.

Səfir Elin Süleymanov çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ümummilli Liderin ölkəmizə qazandırdığı nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar və əldə olunan nəticələrin xalqın sabaha olan inamını qat-qat artırdığına, ulu öndər Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, Ümummilli Liderin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik ifadə olunub.

Səfir çıxışı zamanı Azərbaycan xalqının şanlı oğlu, qüdrətli dövlət xadimi, dahi siyasətçi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biri olduğunu, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəldiyini qonaqların diqqətinə çatdırıb.

Həmçinin səfir qeyd edib ki, heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik ulu öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bildiyini, onun müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtə olunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazandığını qeyd edib.

Elin Süleymanov Ümummilli Liderimizin siyasi kursunu bütün sahələrdə həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırmış, bütün qazanılmış uğurların təməlində isə ulu öndər Heydər Əliyevin müdrik siyasətinin durduğunu xüsusi vurğulayıb.

Çıxışın sonunda Elin Süleymanov ölkəmizin hüdudlarından kənarda dillər əzbəri olan “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” ifadəsinin dövrün reallığını əks etdirən danılmaz həyat həqiqəti olduğunu, böyük azərbaycanlı, dünya azərbaycanlılarının fəxri, milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanəti Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımladığını deyib. Heç şübhəsiz artıq bütün dünya Azərbaycan xalqını Müzəffər, mübariz bir xalq kimi tanıyır, illərlə həsrətini çəkdiyimiz işğal olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qürurlu və azad gəzə bilirik.

Daha sonra əməkdar incəsənət xadimi tarzən Rafiq Rüstəmov Ulu Öndərin incəsənət adamlarına diqqət və qayğısından söz açıb.

Səfir və bütün qonaqlar Ümummilli Lider haqqında bildikləri xoş xatirələri sevinc və fəxarət hissi ilə bölüşüblər.

Çıxışlardan sonra əməkdar incəsənət xadimi tarzən Rafiq Rüstəmov Ulu Öndərin çox sevdiyi xalq mahnılarından bir neçəsini, nağarada onu müşayiət edən Vidadi Qafqazlı ilə birlikdə ifa edərək tədbir iştirakçılarını heyran ediblər.

Həmçinin tədbirdə Ümummilli Liderin həyat fəaliyyəti, dünya liderləri ilə keçirdiyi görüşlər, beynəlxalq təşkilatlardakı çıxışlarından ibarət xüsusi foto stendlər hazırlanıb.

Tədbirdə diaspora nümayəndələri, London şəhərində təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak edib.

Sonda qonaqlar üçün Azərbaycanın şirniyyatlarından ibarət
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed