Şrift:
Sulduzda Urmu gölü ilə bağlı vərəqələr yayılıb
07.07.2022 [06:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanda milli-mədəni fəalların Urmu gölündə ekoloji fəlakət barədə bəyanatından sonra sulduzlu fəallar da aksiyaya qoşulub.

Milli və çevrə fəallarının xəbərdarlıq bəyanatı çap olunaraq Sulduz şəhərinin bütün məhəllələrində yayılıb, divarlara yapışdırılıb.

Qeyd edək ki, bundan öncə oxşar aksiya Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində keçirilib və fəallar bəyanatı yaymaqla yanaşı şəhər divarlarında gölün quruması ilə bağlı şüarlar yazıblar.
Bu xəbər oxucular tərəfindən 4632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed