Şrift:
İzmir vilayətinin Çeşmə bölgəsində güclü yanğın başlayıb
14.07.2022 [06:31] - Gündəm, Hadisə
Türkiyənin İzmir vilayətinin Çeşmə bölgəsində güclü yanğın başlayıb. Su anbarı yaxınlığında baş verən yanğın səbəbindən İzmir-Çeşmə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Muğla vilayətinin Datça rayonunda meşəlik ərazidəki və İzmirdə yaranan yanğınların söndürülməsi üçün alovlara qarşı müdaxilə edilir.

Rəsmi məlumata görə, hazırda gecə uçuş etmək imkanında olan helekopterlər yanğının söndürülməsində iştirak edirlər.

Muğla vilayətinin Datça rayonundakı yanğına görə yeddi nəfər saxlanılıb. İlkin məlumata görə, yanğına bir bağ evində aparılan qaynaq işləri səbəb olub.

Qeyd edək ki, Türkiyədə meşə yanğınlarına gecə müdaxiləsi ilk dəfədir ki, həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 2504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed