Şrift:
Çin şəhər yaşayış məhəllələrində karbon qazı emissiyalarının azalması planını həyata keçirir
15.07.2022 [06:01] - Xəbərlər, Sosial
Çin ölkənin iqlim dəyişikliyi ilə bağlı mübarizədə qarşıya qoyduğu hədəflərə nail olması üzrə səyləri çərçivəsində daha çox sayda yaşayış məhəllələrinin karbon qazının aşağı dərəcədə emissiyasına malik “yaşıl” yaşayış rayonlarına çevrilməsini təşviq edəcək.

Bu barədə “Sinxua” agentliyinə istinadla xəbər verir.

2030-cu ilə qədər Çin şəhərlərindəki yaşayış məhəllələrinin təxminən 60 faizinin sakinləri üçün addımlıq məsafədə daha rahat xidmətlər göstərilən “yaşıl” yaşayış rayonlarının yaradılmasına dair tələblərə cavab verməsi gözlənilir. Bu barədə ÇXR-in Mənzil, Şəhər və Kənd Tikintisi Nazirliyi və Çin Dövlət İnkişaf və İslahatlar Komitəsinin birgə açıqladıqları sərəncamda deyilir.

Sərəncama əsasən, belə mikrorayonların sakinləri az enerji istehlak edən məişət cihazlarından istifadəyə, birdəfəlik məişət əşyalarından istifadəni azaltmağa, gündəlik həyatda elektrik enerjisinə qənaət etməyə, yeni enerji mənbələrindən istifadə edən nəqliyyat vasitələrini seçməyə təşviq olunacaqlar.

2025-ci ilə qədər Çin şəhərlərində bütün yeni binalar “yaşıl” tikinti standartlarına uyğun tikiləcək.

Sərəncamda deyildiyi kimi, birgə səylərlə şəhərlərdə və kənd yerlərində tikinti sektorundan karbon qazı emissiyalarının 2030-cu ilə qədər pik həddə çatacağı gözlənilir.

Çin 2030-cu ilə qədər karbon qazı emissiyalarının pik səviyyəsinə və 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq üzrə məqsədlərin realizə edilməsinə səy göstərəcəyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 896 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed