Şrift:
MDHP gəncləri yeni struktur və fəaliyyət pqroqramını hazırladı
01.11.2011 [10:18] - Gənclik, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyasının Gənclər Təşkilatı toplantı keçirib qurumun daxili struktu və gələcək fəaliyyət proqramını hazırlayıb. Çıxış edən partiyanın gənclər təşkilatının sədri Seymur Həsənli rəhbərliyi ilə fəaliyyətə başladıqları bir ay müddətində həyata keçirilən işlərin hesabatını təqdim etdi.

Daha sonra təşkilatın fəaliyyət sisteminin inkişaf etdirilməsi məqsədilə daxili strukturu formalaşdırıldı. Struktur sədr, müavinlər, idarə heyəti və universitet özəkləri olmaqla hazırlandı və gənclərə müxtəlif səlahiyyətlər verildi. Seymur Həsənli bildirdi ki, kadr potensialı zəif olan və ya olmayan universitetlərlə də işlər görüləcək. Beləliklə, Bakı Dövlət Universiteti üzrə üç nəfər təmsilçi seçildi. Mehman Həsən humanitar fakültələr, Mehman Məmmədli texniki fakültələr, Orxan Əlirzayev isə təbiət fakültələri üzrə özək rəhbəri təyin olundular. Azərbaycan Texniki Universiteti üzrə Samir Nəbili, Memarlıq və İnşaat Universiteti üzrə Ceyhun Nəbili, Mədəniyyət və İncəsənət Universiteti üzrə Nicat Cəmilzadə, Slavyan Universiteti üzrə Seymur Bağırlı, Neft Akademiyası üzrə Orxan Quluzadə, Qızlar Universiteti üzrə Türkan İmanlı, Qərb Universiteti üzrə Sübhan Həmidli, Xəzər Universiteti üzrə Fərid Qasımov, Asəf Zeynallı adına musiqi kolleci üzrə Çingiz Əliyev özək rəhbəri oldular. Qeyd edək ki, özək rəhbərləri həm də təşkilatın idarə heyətinin üzvləridir. Bundan başqa, Samir Həsənov, Nuranə Məmmədli, Vəfa Quluzadə,Yusif Məmmədov, Çingiz Qəribli, Elnar Rzayev təşkilatda müvafiq vəzifələrə təyin olundu.
Toplantı zamanı 2011-ci ilin sonuna qədər olan müddətdə fəaliyyət proqramı ilə bağlı təkliflər paketi hazırlandı. Həftə sonu diskussiya klublarının və ayda iki dəfə olmaqla ədəbi məclisin təşkil olunması qərara alındı. Sonda təşkilatın aktiv üzvlərindən olan Seymur Bağırlının doğum günü münasibətilə çay süfrəsi təşkil edildi. Çingiz Əliyevin kamançada “Sarı Gəlin” musiqisini ifası ilə tədbir yekunlaşdı
Bu xəbər oxucular tərəfindən 1567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed