Şrift:
Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verib
18.07.2022 [06:14] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin müxtəlif bölgələrində yerləşən meşəlik ərazilərdə yanğın baş ver

İyulun 17-i səhər saatlarından başlayaraq ölkənin Balıkesir vilayətinin Kepsut rayonunda yerləşən meşəlik ərazidə yanğın olub. Yanğının söndürülməsi üçün bölgəyə 10 xüsusi təyyarə, 18 helikopter və 90-a yaxın yanğınsöndürən texnika cəlb olunub. Alovların axşam saatlarına doğru nəzarət altına alınması ilə bağlı məlumat verilib.

Hadisə ilə bağlı Balıkesir valiliyindən verilən aşıqlamada yanğının bölgədə yerləşən elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş vermə ehtimalı olduğu bildirilib.

Türkiyə üzrə daha bir yanğın hadisəsi İzmir vilayətində baş verib. Əraziyə İzmir Meşəçilik Bölgə Müdürlüyünə aid iki təyyarə, üç helikopter və 17 xüsusi yanğınsöndürən maşın göndərilib. Yanğın bölgədə yerləşən prefabrik evlər istehsal edən müəssisə və tikinti şirkətinə məxsus anbara yayılıb. Alovların qarşısını almaq mümkün olsa da, adıgedən obyektlərə ciddi ziyan dəyib. Bölgədə müşahidə edilən qatı duman səbəbindən İzmirin Adnan Menderes hava limanına gedən bəzi yollar müvəqqəti bağlanıb. Hazırda soyutma işləri davam edir.

Daha bir yanğın faktı Aydın vilayətində qeydə alınıb. Aydının Nazilli rayonunda yerləşən meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün bölgəyə iki təyyarə, yeddi helikopter və yanğınsöndürən texnika cəlb edilib. Üç saat davam edən səylərdən sonra alovların qarşısını almaq mümkün olub.
Bu xəbər oxucular tərəfindən 2431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed