Şrift:
İndoneziyada 5,7 bal gücündə zəlzələ olub
20.07.2022 [06:31] - Gündəm, Hadisə
İyulun 20-də İndoneziyanın Sumatra adasının sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin 310 minə yaxın əhalinin yaşadığı Bengkulu şəhərindən 56 kilometr cənub-qərbdə, ocağının 60 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bu xəbər oxucular tərəfindən 2713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed