Şrift:
Şəhid Nurlan Mustafayevin doğum günündə xatirəsi anılıb
26.07.2022 [07:20] - Xəbərlər, Hərb
Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və rayonun ictimaiyyət nümayəndələri tərəfindən İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun doğum günü münasibətilə məzarı ziyarət olun şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Mustafayev Nurlan Hamlet oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 2542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed