Şrift:
İtaliyada koronavirus əleyhinə 140 milyon dozadan çox peyvənd tətbiq edilib
12.08.2022 [06:16] - Gündəm, Sağlıq
Bu vaxtadək İtaliyada COVID-19 infeksiyası əleyhinə 140 milyon dozadan çox peyvənd tətbiq olunub.

2020-ci il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində indiyədək ölkədə 140 milyon 15 min 378 doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 420 min 883 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,53 faizdir), hər iki doza peyvəndlərini tamamlayanların sayı 48 milyon 675 min 62 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 90,15 faizdir).

Keçən il sentyabrın 20-dən etibarən ümumilikdə 40 milyon 36 min 363 doza əlavə peyvənd tətbiq edilib, 2 milyon 734 min 416 nəfərə isə ikinci “buster” doza vaksin vurulub.
Bu xəbər oxucular tərəfindən 2579 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed