Şrift:
İrəvanda partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb
16.08.2022 [06:24] - Xəbərlər, Hadisə
İrəvandakı “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayışda həlak olanların sayı 16 nəfərə çatıb.
bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda, həmçinin bildirilir ki, daha 18 nəfər itkin düşmüş hesab olunur. Ölənlər arasında hamilə qadın və azyaşlı uşaq aşkarlanıb. İtkin düşənlərin axtarışı davam etdirilir.

Son məlumata görə, topdansatış üzrə ixtisaslaşmış “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış və yanğın nəticəsində 61 nəfər xəsarət alıb. Ermənistan prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi partlayışla bağlı cinayət işi açıb.
Bu xəbər oxucular tərəfindən 2568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed