Şrift:
Əlcəzairdə meşə yanğınları nəticəsində 26 nəfər həlak olub
18.08.2022 [06:58] - Gündəm, Hadisə
Əlcəzairin şərq əyalətlərində meşə yanğınları nəticəsində azı 26 nəfər həyatını itiri

Bu barədə Sinxua agentliyi Əlcəzair Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, yanğınlar El Tarf əyalətində 24 nəfərin, Setif əyalətində isə 2 nəfərin ölümünə səbəb olub. Ölkənin 14 şərq əyalətində ümumilikdə 39 meşə yanğını tüğyan edir. Yanğınla mübarizəyə aviasiya da cəlb edilib.

Qeyd edək ki, dünyada meşə yanğınları son 20 ildə iki dəfə artıb. Avropada bu il anomal istilər səbəbindən rekord miqdarda meşə yanıb.
Bu xəbər oxucular tərəfindən 2697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed