Şrift:
ABŞ-ın bütün 50 ştatında meymunçiçəyinə yoluxma halları qeydə alınıb
23.08.2022 [07:07] - Xəbərlər, Sağlıq
ABŞ-ın səhiyyə nümayəndələrinin sözlərinə görə, hazırda ölkənin bütün 50 ştatında meymunçiçəyinə yoluxma halları aşkarlanıb.

ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin mətbuat üçün yaydığı məlumata istinadla xəbər verir ki, Vayominq bazar ertəsi müvafiq orqanları ştat sakininin yoluxması barədə xəbərdar edən sonuncu ştat olub.

Vayominq ştatının Səhiyyə Departamenti paytaxt Şayennin daxil olduğu Larami dairəsində bir kişinin yoluxmasını elan edib.

İctimai səhiyyənin nümayəndələri hazırda pasiyentlə məşğuldur, birbaşa təmas səbəbindən onun yaxınlarının və dostlarının meymunçiçəyinə yoluxma riskinə məruz qalmalarını araşdırırlar. Vayominq ştatının dövlət sanitar həkimi və epidemioloqu doktor Aleksiya Harrist deyib: “Meymunçiçəyi sıx, intim təmas vasitəsilə yayıldığından biz hesab etmirik ki, hazırda virusa yoluxma həm yerli camaat, həm də Vayominqdəki insanların əksəriyyəti üçün böyük narahatlıq doğurur”.

ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin məlumatına görə, may ayının ortalarından, Massaçusets ştatından olan pasiyentdə ilk yoluxma elan ediləndən avqustun 21-i, bazar gününə qədər bütün ölkədə 14.100-dən artıq yoluxma halı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 2750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed