Şrift:
Prezident İlham Əliyev: Azərbaycan dost və tərəfdaş ölkə olan Vyetnamla ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət verir
02.09.2022 [07:28] - Xəbərlər, Siyasət
Bu gün Vyetnam dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə böyük nailiyyətlər əldə etmiş dövlətdir.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın milli bayramı – Müstəqillik Günü münasibətilə vyetnamlı həmkarı Nquyen Suan Fuka ünvanladığı təbrik məktubunda ifadə olunub.

Məktubda deyilir: “Azərbaycan dost və tərəfdaş ölkə olan Vyetnam ilə ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət verir. Dövlətlərarası əlaqələrimizin və əməkdaşlığmızın bugünkü səviyyəsi məmnunluq doğurur”.

Azərbaycan Prezidenti inandığını bildirir ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstəriləcək.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed