Şrift:
Praqada Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin yenidən görüşü olub
07.10.2022 [07:00] - Gündəm, İdman
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib.

Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçirilən şose velosipedi üzrə 4 mərhələli ölkə çempionatında bütün yaş kateqoriyaları üzrə idmançılar iştirak edirlər.

İlk mərhələdə baş tutan dairəvi yarışa Heydər Əliyev Parkının önündən start verilib. Ümumilikdə 40 peşəkar və 9 həvəskar velosipedçi qalib olmaq üçün mübarizə aparıb. Bu mərhələdə qadın velosipedçilər və həvəskarlar 42 (7 dairə), kişi idmançılar isə 60 kilometr (10 dairə) məsafə qət ediblər.

Birinci mərhələnin nəticələrinə əsasən, qadınlar arasında Viktoriya Sidorenko ən yaxşı göstəriciyə imza ataraq qızıl, Radha Şabanova gümüş, İradə Əbdürrəhmanova bürünc medal qazanıblar.

Kişilər arasında isə Nofəl Nuriyev hamıdan sürətli olaraq birinci, Əli Qurbanov ikinci, Şahin Eyvazov üçüncü yerdə qərarlaşıblar.

Həvəskarların mübarizəsində Elvin Bayramov birinci, Mürsəl Məmmədov ikinci, Oqtay Quliyev üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, oktyabrın 7-də baş tutacaq ikinci mərhələdə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar. Bu mərhələdə Heydər Əliyev Parkının önündən start götürməklə qadınlar 42, kişilər isə 62 kilometr məsafə qət edəcəklər.

Üçüncü mərhələdə (oktyabrın 8-də) təşkil ediləcək dairəvi yarışa isə şəhər meydanından start veriləcək. Yarışda qadın idmançılar 40 (5 dairə), kişi velosipedçilər isə 64 kilometr (8 dairə) məsafədə mübarizə aparacaqlar.

Dördüncü mərhələdə (oktyabrın 9-da) Bakı - Ələt - Qazax - Gürcüstan yolundan R-19 istiqamətinə start götürməklə həm qadın, həm də kişi velosipedçilər 10 kilometr məsafədə fərdi ötüşmə növündə güclərini sınayacaqlar.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed