Şrift:
Dünya çempionatında üç cüdoçumuz mübarizəyə başlayır
07.10.2022 [07:06] - Gündəm, İdman
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün daha üç cüdoçumuz medallar uğrunda mübarizəyə başlayır.

Kişilər arasında 66 kiloqram çəki dərəcəsində Orxan Səfərov və Yaşar Nəcəfov, qadınlar arasında isə 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Çempionatın ilk günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyiblər. Mundial oktyabrın 13-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed