Şrift:
İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yolun tikintisi sürətləndirilir
07.10.2022 [07:24] - Gündəm
Moskvada Azərbaycan Baş naziri Əli Əsədovla İranın Birinci vitse-prezidenti Məhəmməd Mohber arasında ikitərəfli görüş keçirilib.

Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanla İran arasında münasibətlər müzakirə olunub.
Məhəmməd Mohber görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında sazişlər, əldə olunan razılaşmalar uğurla həyata keçirilir.

İranın Birinci vitse-prezidenti bildirib ki, Prezident İbrahim Rəisi Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək və ölkə ərazisindən keçəcək yolun çəkilişini tezləşdirmək barədə göstəriş verib.
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed