Şrift:
Kiyev şəhəri raket hücumuna məruz qalıb
10.10.2022 [09:31] - Gündəm, Siyasət
Oktyabrın 10-da səhər saatlarında Ukraynanın paytaxtı Kiyev raket hücumuna məruz qalıb, güclü partlayışlar olub.

Ukrayna paytaxtında üç partlayış səsi eşidilib.

Kiyev meri Vitali Kliçko Şevçenko rayonunda baş verən partlayışları təsdiqləyib.

"Şevçenkovski rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib”, - deyə o, teleqramda yazıb.

Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed