Şrift:
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
11.10.2022 [06:00] - Gündəm, Hərb
Oktyabrın 10-da saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed