Şrift:
Ukraynaya raket yağışı: Zelenskinin ofisi hədəfə alınıb
11.10.2022 [06:16] - Gündəm, Siyasət
Ukraynanın bir neçə böyük şəhərlərinə atılan raketlərdən və dron hücumlarından sonra prezident Volodimir Zelenski öz sosial şəbəkə hesabından videomüraciət yayımlayıb. Müraciətdə deyilir:
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnı "Twitter" səhifəsində yazıb ki, müxtəlif şəhərlərə Rusiya tərəfindən 75 raket atılıb, onlardan 41-i zərərsizləşdirilib. Zalujnı də əhalini sığınacaqlarda qalmağa çağırıb:

Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Geraşenko yerli məlumatına bildirib ki, Kiyevə düşən raketlərdən biri Volodimirska küçəsinə Zelenskinin ofisinə yaxın düşüb.

Ukrayna daxil işlər nazirinin məsləhətçisi Rostislav Smirnovun açıqlamasına görə, təkcə

Kiyevin mərkəzinə edilən raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Hərbi mənbələrdən Ukrayna mətbuatına verilən məlumata görə, Xəzər dənizindən Dnepropetrovsk istiqamətinə 47 raket buraxılıb. Qeyd olunub ki, raket hücumu Rusiyaya məxsus hərbi gəmilərdən atılıb. Rostov vilayətinin üzərindən Ukrayna istiqamətinə təxminən 50 qanadlı raket uçub.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukraynada onlarla mülki və sosial obyektlərə raket və dron zərbələri endirilib. Yerli mətbuatın məlumatına görə, ən çox zərər görmüş obyektlər Kiyev, Lvov, Jitomir, Vinnitsa, Xarkov, Odessa, Dnepropetrovsk və Poltavada qeydə alınıb.

Fuad Sadıqov
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed