Şrift:
“Şəhid Ceyhun dastanı” adlı kitab haqqında videoçarx hazırlanıb
14.10.2022 [07:32] - Gündəm, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı T.Məmmədova “Əsrə bərabər 44 gün" adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən 3 min igid oğlumuzdan - qardaşımızdan biri olan şəhid Ceyhun Şalıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunan "Şəhid Ceyhun dastanı” adlı kitab haqqında videoçarx hazırlayıb.

Baş İdarədən bildirilib ki, bu kitab şəhid Ceyhunun anası Sədaqət xanımın dili ilə yazılıb. Kitabda Ceyhunun keçdiyi həyat yolundan, Vətənə məhəbbətindən, ata-ana sevgisindən bəhs olunub.
Bu xəbər oxucular tərəfindən 1308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed