Şrift:
Beynəlxalq Xeyriyyə Yarmarkası keçiriləcək
15.10.2022 [06:38] - Gündəm, Bildiriş
Oktyabrın 22-də Heydər Əliyev adına İdman Konsert Kompleksində ölkəmizdə ilk dəfə olaraq, BMT-Azərbaycan Tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyi və BMT Gününə həsr olunmuş Beynəlxalq Xeyriyyə Yarmarkası keçiriləcək.

Azərbaycan Gənclər Fondundan bildiriblər ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi və Gənclər Fondunun tərəfdaş olduğu tədbirdə, ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklər milli mətbəx nümunələrini və suvenirləri rəmzi qiymətə satışa çıxaracaqdır.

Tədbir çərçivəsində Azərbaycan və digər ölkələrin mədəniyyətlərinə xas musiqi və rəqslərdən ibarət konsert proqramı, habelə qiymətli hədiyyələrin oynanılacağı lotereya təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 1532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed