Şrift:
Azərbaycanın film çəkilişi üçün yararlı məkanları beynəlxalq tədbirdə tanıdılıb
17.10.2022 [06:54] - Gündəm, Mədəniyyət
Hindistanın ən böyük kino tədbirlərindən olan beynəlxalq film-turizm toplantısı (IIFTC) çərçivəsində Azərbaycana həsr edilmiş pavilyonda ölkəmizin turizm imkanları, eləcə də film çəkilişi üçün yararlı məkanları tanıdılıb.

Mumbay şəhərində keçirilmiş tədbirdə bir hissəsi Azərbaycanda çəkilmiş “Thalli Pogathey” filmi “Kinematoqrafiya mükəmməlliyi” kateqoriyasında mükafata layiq görülüb. “Filming Azerbaijan” şirkətinin direktoru İlkin Məhəmmədli tədbirdə iştirak edərək “Thalli Pogathey” filminin prodüserinə mükafatı təqdim edib.
Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed