Şrift:
İlin ən yaxşı gənc futbolçusu bəlli olub
18.10.2022 [07:26] - Gündəm, İdman
"Qızıl top"un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
Fransanın paytaxtı Parisdə keçirilən “Qızıl top”un təqdimetmə mərasimində “Kopa Trofi” də sahibini tapıb. Mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Qavi layiq görülüb.

18 yaşlı oyunçu səsvermədə Kərim Adeyemi (Almaniya, “Borussiya” Dortmund), Cud Bellingem (İngiltərə, “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”), Rayan Qravenberx (Niderland, “Bavariya”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendeş (Portuqaliya, PSJ), Camal Musiala (Almaniya, “Bavariya”), Bukayo Saka (İngiltərə, “Arsenal”) və Florian Vitsi (Almaniya, “Bayer”) qabaqlayıb.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed