Şrift:
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açması ilə bağlı məlumat yalandır
18.10.2022 [07:36] - Xəbərlər, Gündəm, Hərb
Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə nazirlikdən bildirib.
Bu xəbər oxucular tərəfindən 1067 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed