Şrift:
Bakıda beynəlxalq sərgilərin ikinci günü başlayıb
20.10.2022 [07:33] - Gündəm
Bu gün Bakıda Expo Mərkəzində beynəlxalq sərgilərin ikinci günü başlayıb.

2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri davam edir.

Qeyd edək ki, sərgilərdə dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edir. İştirakçılar arasında həm daimi, həm də yeni şirkətlər var. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Türkiyə milli və regional pavilyonlarla təmsil olunur.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed