Şrift:
Azərbaycanlı alimlər TÜRKSOY-un təsis etdiyi “Haldun Taner” medalı ilə təltif olunublar
21.10.2022 [07:08] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Türkiyənin Konya şəhərində yerləşən Səlcuk Universitetinin nəzdindəki Dövlət Konservatoriyasında teatr fakültəsinin yaradıcıları həmyerlilərimiz professor Fuad Hacıyev və onun həyat yoldaşı professor Zəminə Hacıyevadır.

Qardaş ölkənin mədəniyyətinin inkişafına verdikləri böyük töhfələrə görə Fuad və Zəminə Hacıyevalar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis etdiyi “Haldun Taner” medalı ilə təltif olunublar.

Medallar Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı tərəfindən təqdim olunub.

Alimlərimizin tələbələri və həmkarlarının iştirakı ilə təşkil olunan tədbirdə Səlcuk Universitetinin Dövlət Konservatoriyasının müdiri professor Oğuz Karakaya professorlar Fuad Hacıyev və Zəminə Hacıyevaların otuz illik pedaqoq və yaradıcı fəaliyyətlərinin real nəticələrindən danışıb. Alimlərin təcrübə və bilikləri sayəsində qurduqları bölmə Türkiyədə teatr sənətinin inkişafına hər zaman dəstək olacaq.

Çıxışlarında alimlərə səmərəli fəaliyyətlərinə görə minnətdarlıq edən Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov və TÜRKSOY-dakı təmsilçimiz Elçin Qafarlı Hacıyevlər ailəsinin gələcək işlərinə müvəffəqiyyətlər diləyib, onlara uzun və sağlam ömür arzulayıblar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev professor Fuad Hacıyevin atası Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2022 3 aprel tarixli məlum Sərəncam imzalayıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 1693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed