Şrift:
Səfir: “Türkiyə-Azərbaycan can qardaşlığını qan qardaşlığına çeviririk"
25.10.2022 [07:11] - Gündəm, Siyasət, Türk dünyası-Turan
Bu gün Mərkəzi Qan Bankında “Canımız bir, qanımız bir” adlı qanvermə aksiyası keçirilir.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və digər şəxslər iştirak ediblər.
Diqqətə çatdırılıb ki, qanvermə aksiyası Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Kızılay Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin açılışında çıxış edən səfir Cahit Bağçı Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb.

“Türkiyə-Azərbaycan can qardaşlığını qan qardaşlığına çeviririk. Bildiyiniz kimi, Türk Kızılay Cəmiyyəti bütün dünyada fəaliyyət göstərir, Şərqdən Qərbə ayaq basmadığı yer yoxdur. Bu, qardaşlarımızın yanındayıq deməkdir. Biz bunun ən gözəl nümunəsini İkinci Qarabağ müharibəsində də gördük. Hər yerdə hər saniyə qardaşlarımızın yanında olduq”, - səfir qeyd edib.

Nadir Zeynalov və Novruz Aslanov da çıxış edərək qanvermə aksiyasının əhəmiyyətinə toxunublar.
Bu xəbər oxucular tərəfindən 949 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed