Şrift:
Rusiya Əfqanıstandan muzdlu döyüşçülər GƏTİRİR
27.10.2022 [07:21] - Xəbərlər, Gündəm, Siyasət
Böyük Britaniya və ABŞ-da təlim keçmiş Əfqanıstan Milli Ordusunun Komando Korpusunun üzvlərinə "WhatsApp" və "Signal" messencerləri vasitəsilə Rusiya Silahlı Qüvvələrinə qoşulmaq təklifləri daxil olub.
Bu barədə nüfuzlu "Foreign Policy" jurnalı yazıb.


“Qərb qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra ölkədə 30 minə yaxın yaxşı təlim keçmiş xüsusi təyinatlılar qalıb”, - deyə mənbələr bildiriblər.

“Onların bir çoxu işdən çıxarılıb, bəziləri isə Talibanın NATO qüvvələri ilə əməkdaşlıq edən hər kəsdən qisas almaq niyyətinə görə qorxub gizlənirlər”, - jurnal qeyd edib.


Mənbənin sözlərinə görə, Rusiyanın təklifini 10 minə yaxın insan qəbul edə bilər.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed