Şrift:
Valideynlər hansı proqramların köməyi ilə internetdə övladlarına nəzarət edə bilərlər?
28.10.2022 [06:48] - Gündəm
Hər bir valideyn üçün uşaqlarının rifahı və təhlükəsizliyi hər şeydən əvvəl gəlir, buna görə də uşaqlarımız telefona cavab verməyəndə və ya məktəbdən həmişəkindən gec qayıtdıqda narahat olmağa başlayırıq.

Bu cür narahatlıqların qarşısını almaq üçün bəzi proqramlar mövcuddur.

Bunlar “Find My Kids”, “Screen Time App”, “Qustodio free”, “Safe Family”, “Kids Place”, “Pure Web”, “Mobicip” və s-dir.

Bu proqramlarda aşağıdakı özəlliklər mövcud olur.

1) Bir sıra veb saytlara girişi məhdudlaşdırmaq.

2) Qara siyahı (black list) yaratmaq.

3) Axtarış edilən məzmunu filtrləmək.

4) Ekran vaxtını tənzimləmək.

5) Daxil olduqları veb saytların siyahısı ilə tanış olmaq.

6) Axtarış edilən məzmun siyahısı barədə məlumatlı olmaq.

7) Övladınızın cari yeri barədə bildiriş təqdim edən və SOS siqnalı vasitəsilə övladınızın ətrafındakı fəaliyyətləri qeyd edən təcili zəng düyməsi.

8) Uşağınıza dəfələrlə zəng etmək lazım deyil. Proqram sizə avtomatik məkan yeniləməsini təmin edir.

9) Siz övladınızın fəaliyyəti, ziyarət etdiyi yerlər və harasa getmək üçün üstünlük verdiyi marşrut kimi məlumatları özündə əks etdirən statistik hesabat yarada bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed