Şrift:
Gənc karateçilərimiz dünya çempionatını dörd medalla başa vurublar
31.10.2022 [06:45] - Gündəm, İdman
Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatının son günündə komandamız daha bir qızıl medal qazanıb.

Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev bildirib ki, 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) həlledici mərhələdə rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Bundan əvvəl gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medala sahib olublar. Beləliklə, 2 qızıl, 2 bürünc medala sahib olan yığmamız ümumi komanda hesabında 6-cı yeri tutub.

Qeyd edək ki,105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunub.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed