Şrift:
Siyasi partiyalar haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilir
04.11.2022 [11:35] - Xəbərlər, Gündəm, Siyasət
“Siyasi Partiyalar Haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmə keçirilir.

İctimai dinləmədə Milli Məclisin sədr müavini Əli Hüseynli, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri, deputatalar və QHT nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, “İctima birliklər və dini qurumlar komitəsi”nin sədri Fəzail İbrahimli bildirib ki, ölkədə islahatlar aparılır və “Siyasi partiyalar haqqında” qanun layihəsi də bu islahatların məntiqi hissəsidir.

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin bu sahədə apardığı sorğunun nəticələri növbəti dəfə elan olunub. Respondentlərin 90,2 faizi hesab edir ki, partiyalara maliyyə yardımlarına dövlət nəzarəti təmin edilməlidir, 51,2 faiz isə düşünür ki, sədri qadın olan partiyalara ehtiyac var.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed