14.11.2022 [11:23] - Gündəm, İqtisadiyyat
Türkiyənin ən böyük holdinqlərindən biri olan və tərkibində 50-dən çox şirkəti birləşdirən “Albayrak Holdinq” Ələt qəsəbəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC üçün 20 milyon dollarlıq ilk investisiya planının icrasına başlayıb.
İlkin mərhələdə ümumi dəyəri 20 milyon dollar olan avadanlıq Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yükün cəlb edilməsi, eyni zamanda yüklərin operativ formada aşırılmasında istifadə olunacaq.
Qeyd edək ki, bu il iyulun 15-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Albayrak Holdinq” şirkətlər qrupu arasında müqavilə imzalanıb.
İmzalanan müqaviləyə əsasən, “Albayrak Holdinq” şirkətlər qrupu Bakı Limanı ilə birgə “Ro-Ro”, “Gübrə” terminallarında fəaliyyət göstərəcək və digər mühüm sahələrdə sıx əməkdaşlıq edəcək. Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədləri logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaq, Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya, eyni zamanda Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaqdır. Eyni zamanda cəlb edilən yükün müasir logistik həllərin tətbiq edilməsi ilə operativ formada aşırılmasını təmin etməkdir.

Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |