Şrift:
Azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir
18.11.2022 [13:25] - Gündəm, İqtisadiyyat
İşğaldan azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzqkirə edilən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur. Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir.

Qanuna dəyişiklik səsverməyə qoyularaq 1-ci oxunuşda təsdiq edilib.
Bu xəbər oxucular tərəfindən 505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed