Şrift:
İranın Azərbaycanla münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır – İran XİN
21.11.2022 [13:05] - Gündəm, Siyasət
İranın qonşularla, o cümlədən Azərbaycanla münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Nasir Kənani bu gün Tehranda keçirilən brifinqdə deyib.

N.Kənaninin sözlərinə görə, İran qonşu ölkələrlə əməkdaşlıq məsələlərinə önəm verir.

“İranın Azərbaycanla münasibətlərdə siyasəti birgə fəaliyyət nüanslarına diqqət yetirmək və ixtilaflı məsələlərdən çəkinməkdir. Son vaxtlar Azərbaycanla ikitərəfli münasibətlərdə müsbət mesajlar almışıq”, - deyə o qeyd edib.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed