Şrift:
Azərbaycan nefti ucuzlaşıb
22.11.2022 [10:19] - Gündəm, İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 85,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,66 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 82,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,86 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 50,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 5,84 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,2 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,21 dollar/barel azdır.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed