Şrift:
Türkiyə Prezidenti: Qardaş Pakistan və Azərbaycanla üçtərəfli əməkdaşlığımız sürətlə inkişaf edir
26.11.2022 [11:53] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif İstanbulda keçirilən ikitərəfli və heyətlərarası görüşlərdən sonra mətbuata bəyanat veriblər.

Liderlər iki qardaş ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrini yüksək dəyərləndiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın terrorizmlə ardıcıl mübarizə aparmasına toxunaraq bildirib ki, daim Pakistanın acısını acımız, sevincini sevincimiz və uğurlarını uğurumuz kimi görmüşük və görürük.

Türkiyə Prezidenti deyib: “Qardaş Pakistan və Can Azərbaycanla üçtərəfli əməkdaşlığımız da sürətlə inkişaf edir. Ortaq dəyərləri paylaşan Türkiyə və Pakistan Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və “D 8” kimi möhtərəm regional və beynəlxalq platformalarda həmrəylik nümayiş etdirir”.

Pakistan-Türkiyə qardaşlıq əlaqələrinin tarixinə və inkişaf istiqamətlərinə toxunan Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, iki millətin bir araya gəldiyi an Türkiyənin milli qurtuluş zamanına bağlıdır. O zamanlarda qitəmizdəki milyonlarla müsəlman Türkiyədəki qardaşları üçün fədakarlıq göstərib.

Pakistan Baş naziri iki ölkə arasında ticarət mübadiləsinin həcminin artırılmasının vacibliyini vurğulayıb və onun 1 milyarddan 5 milyard dollara çatdırılacağını bildirib.

Günel Məlik
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed