Şrift:
Kreml divarlarının mühafizəsi gücləndirildi
26.11.2022 [12:01] - Gündəm, Siyasət
Moskva Kremlinin divarlarından birində naməlum şəxs “Müharibəyə yox” şüarı yazıb. Ondan sonra Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı yaxınlığında silahlı təhlükəsizlik qüvvələri peyda olub və Kreml divarlarını diqqətlə izləyir.
Bu barədə Rusiyanın "Baza" telegram-kanalı müvafiq fotoları dərc edərək məlumat yayıb.

Kremlin divarındakı qraffiti dərhal silindi. Hazırda "hadisə"nin baş verdiyi yerin yaxınlığında avtomat və tapançalarla silahlanmış üç əlavə polis patrulu gecə-gündüz növbə çəkir. Onlarla polis əməkdaşından başqa, Federal Təhlükəsizlik Xidmətinin daha bir neçə əməkdaşı da Kreml divarlarını izləyir.
Dərc edilmiş fotoşəkillərdə Kreml divarları fonunda təhlükəsizlik qüvvələrinin siluetləri əks olunub. Yollarda nəqliyyatın azlığına və işıqlandırmanın zəifliyinə görə, onlar postda gecə saatlarında çəkiliblər.

Sultan Laçın/moderator.az
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed