Şrift:
Ağdamın bu hissəsi minalardan tam təmizlənib
29.11.2022 [12:58] - Gündəm
Ağdam rayonunda Maqsudlu su kanalının Abdınlı, Sarıcalı və Əhmədağalı kəndindən keçən hissəsinin sağ və və sol hissəsi minalardan və partlamamış sursatlardan tam təmizlənib.

Bu barədə Ağdama ezam olunmuş əməkdaşına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən bildirilib.

"Bundanan sonra da işlərimizi davam etdirəcəyik. Bu istiqamətdə düşmən çoxlu piyada və tank əleyhinə minalar basdırmışdı. Bütün bunlara baxmayaraq biz təhlükəsizlik qaydalarına əməl edərək əraziləri minalardan təmizləyirik", - deyə qeyd olunub.

Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 azərbaycanlı mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed