Şrift:
Azərbaycan Ordusunun atəş açması ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır
01.12.2022 [13:03] - Xəbərlər, Gündəm, Hərb
Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed