Şrift:
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Misir mediasında
08.12.2022 [10:28] - Gündəm, Hərb
Misirin “Cairo.24” və “”Aldiplomasy” portallarında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri haqqında xəbərlər yayılıb.

Təlimlər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığa dair Sazişə əsasən keçirilir. Misir oxucularının diqqətinə çatdırılıb ki, təlimlərə Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələri cəlb olunub.

Xəbərdə qeyd olunub ki, paytaxt Bakı, həmçinin Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimlərdə Azərbaycan Ordusunun Quru və Mühəndis qoşunları, Xüsusi Təyinatlı və Hərbi Hava Qüvvələri, habelə Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.


Oqtay Bayramov
Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed