Şrift:
İstanbulda Türkiyə və Rusiya nümayəndələri görüşəcəklər
08.12.2022 [10:43] - Gündəm
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyə ilə Rusiya arasında keçiriləcək siyasi məsləhətləşmələr çərçivəsində bu gün İstanbula gedəcək.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu gün və sabah Verşinin və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə iki ölkə arasında məsləhətləşmələr aparılacaq.

İstanbulda keçiriləcək görüş çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Taxıl Sazişinin icrası kimi məsələlərlə yanaşı, Suriya, Liviya və Fələstin kimi regional məsələlərin də müzakirə olunması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed