Şrift:
Üçtərəfli Zirvə Görüşündə imzalayacağımız sənədlərlə birliyimiz daha da möhkəmlənəcək
15.12.2022 [10:32] - Gündəm, Türk dünyası-Turan
Türkiyə digər sahələrdəki uğurları ilə yanaşı, bu gün müdafiə sənayesi sahəsində öz məhsullarını dizayn edən, inkişaf etdirən, istehsal edən və bunları ixrac edən bir ölkəyə çevrilib. Türkmənistanın və Azərbaycanın da qətiyyətli liderlikləri sayəsində nümunə göstəriləcək səviyyələrə çatması bizi qürurlandırır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan prezidentləri ilə üçtərəfli Zirvə Görüşündə bildirib.

“Həqiqətən də bu gün üçtərəfli Zirvə Görüşündə imzalayacağımız sənədlərlə bu birliyimiz daha da möhkəmlənəcək. Nəqliyyat imkanlarını yaxşılaşdırmağımız bu baxımdan son dərəcə əhəmiyyətlidir. Ticarət dövriyyəmizi genişləndirmək üçün səylərimizi artırmağın çox mühüm bir mərhələsindəyik. Aidiyyəti nazirlərimizin həmkarları ilə başladıqları regional üçtərəfli platformalar müsbət nəticələr vermişdir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti çıxışında Lapis-Lazuli tranzit nəqliyyat dəhlizi başda olmaqla regional əməkdaşlıq mexanizmlərinin və infrastruktur layihələrinin ticarət dövriyyəmizi artırmaqla yanaşı, regional sabitliyə də töhfə verəcəyinə inamını ifadə edib.
Bu xəbər oxucular tərəfindən 1388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed