Şrift:
Azərbaycan Basketbol Liqasında 10-cu tura start verilib
15.12.2022 [10:35] - Gündəm, İdman
Dekabrın 14-də "Sərhədçi" İdman Mərkəzinin idman zalında, "Sərhədçi" və "Olimpik Şəki" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 10-cu turu start götürüb.

Oyunun əvvəlindən üstünlüyü ələ keçirən "Sərhədçi" basketbolçuları rəqibi üzərində 99-80 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Endar Poladxanlı (29 xal, 5 asist), "Olimpik Şəki"dən Anar Hacıyev (20 xal, 6 ribaund) olublar.

Qeyd edək ki, 10-cu turun digər oyunları ("Neftçi İK" - "Sabah BK", "AAAF Xırdalan BK" - "Gəncə BK", "Zirvə Astara BK" - "NTD BK") dekabrın 17-18-də baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed