Şrift:
Laçın yolunda aksiya səhərə qədər davam edib
15.12.2022 [10:40] - Xəbərlər, Gündəm, Siyasət
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı səhərə qədər davam etdirib.

Aksiya yerində gecə boyu tonqallar qalanıb, şüarlar səslənib.
Etirazçılar şüarlarında ekoloji terrora, faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına son qoyulmasını, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yataqlarda monitorinq aparılmasına şərait yaradılmasını, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed