Şrift:
Fransa millisi Mərakeş komandasını məğlub edərək finala yüksəlib
15.12.2022 [11:03] - Gündəm, İdman
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının növbəti yarımfinal oyunu keçirilib.

Fransa və Mərakeş milliləri arasında keçirilən yarımfinal görüşündə fransalılar 2:0 hesablı qələbə qazanıblar.

Oyunda qolları T.Ernandes (5-ci dəqiqə) və R.Kolo-Muani (79) vurublar.

Beləliklə, Fransa millisi ardıcıl ikinci dəfə Dünya Çempionatının finalına yüksəlib.

Qeyd edək ki, finalda Fransanın rəqibi Argentina millisi olacaq
Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed