Şrift:
Azərbaycanda ilk dəfə olaraq paleoseysmoloji tədqiqatlara başlanılıb
16.12.2022 [10:30] - Gündəm
Azərbaycanda ilk dəfə olaraq paleoseysmoloji tədqiqatlara başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən bildirilib ki, bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Elmi-Texniki Şuranın iclasında deyib.

Q.Yetirmişlinin sözlərinə görə, Böyük Britaniyanın Oksford Universiteti ilə birgə aparılan tədqiqatlar tarixi zəlzələlərin öyrənilməsi, həmin zəlzələlərin relyefdə yaratdığı dəyişikliklərlə bağlı elmi araşdırmalar aparılması baxımından olduqca vacib və əhəmiyyətlidir.
Bu xəbər oxucular tərəfindən 280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed