16.12.2022 [10:31] - Gündəm, Türk dünyası-Turan
Türk ölkələri dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə imzalanmış Saziş ilə Türk Dövlətləri Təşkilatı (TDT) yaradılaraq, TDT-yə üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, həmçinin müşahidəçi dövlətlər Macarıstan və Türkmənistan arasında əhatəli və çoxtərəfli əməkdaşlıq həyata keçirilir.
Ədliyyə Akademiyasından bildiriblər ki, Azərbaycanın Vətən müharibəsində doğma torpaqlarını işğaldan azad etməsi ilə təşkilatda əməkdaşlıq müasir mərhələyə yüksələrək, bölgədə yaranan yeni reallıq türk dövlətlərinin əlaqələrinin inkişafına əlverişli şərait yaradıb. TÜRKSOY tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Üzv ölkələr arasında əlaqələr müxtəlif, o cümlədən ədliyyə və məhkəmə-hüquq sahələrini əhatə edərək ədalət mühakiməsi üzrə təhsil sahəsində təlim-tədris müəssisələri arasında əməkdaşlığa dair razılığa gəlinib və bu məqsədlə dekabrın 10-13-də Türkiyə Ədliyyə Akademiyasının təşkilatçılığı ilə İstanbul şəhərində Ədalət Mühakiməsi Tədrisi üzrə Türk Şəbəkəsinin təsis edilməsi haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
TDT-yə üzv və müşahidəçi dövlətlərin aidiyyəti təlim-tədris müəssisələrinin rəsmi şəxslərinin qatıldığı tədbirdə Azərbaycan Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının rektoru Şahin Əliyevin rəhbərlik etdiyi Akademiyanın və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin məsul işçilərindən ibarət nümayəndə heyəti iştirak edib.
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemirin sədrliyi ilə keçirilən iclasda Türkiyə ədliyyə nazirinin müavini Həsən Yılmaz, İstanbulun Baş prokuroru Şaban Yılmaz, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov açılış nitqləri ilə çıxış ediblər. Çıxışçılar üzv dövlətlərin ortaq evləri olan Türk Dövlətləri Təşkilatının qısa müddətdə dünyada və bölgədə hörmətli, nüfuzlu bir qurum kimi formalaşdığını və uğurlar əldə etdiyini vurğulayıb, ədalət mühakiməsi üzrə təhsil sahəsində ən yaxşı təcrübə və araşdırmaları paylaşmaq, qurumlar arasında işbirliyi qurmaq və qanunun aliliyini təmin edəcək mexanizmləri inkişaf etdirmək məqsədilə qurulan Türk Şəbəkəsinə fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə TDT-yə üzv dövlətlərin ədalət mühakiməsi üzrə təhsil sahəsində təlim-tədris müəssisələrinin fəaliyyətləri haqqında məlumat verilib, bu sahədə ortaq strategiyalar və əməkdaşlığın inkişafı, ümumi problemlər və onların həlli yolları müzakirə olunub, fikir və təcrübə mübadiləsi aparılıb.
Azərbaycan Ədliyyə Akademiyasının rektoru Ş.Əliyev Ədalət Mühakiməsi Tədrisi üzrə Türk Şəbəkəsinin yaradılmasının mühüm əhəmiyyətini qeyd edərək üzv dövlətlər arasında ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.
Səfər çərçivəsində tədbir iştirakçıları İstanbul Ədliyyə Sarayının fəaliyyəti ilə tanış olub, qardaş ölkənin müxtəlif tarixi abidələrini ziyarət ediblər.

Bu xəbər oxucular tərəfindən 1498 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |